—

Rusiyanın Dneprə raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb, 73 nəfər yaralanıb

443
Rusiyanın Dneprə raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb, 73 nəfər yaralanıb
Dinləmək üçün basın

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalındakı səhifəsində məlumat verib.

Administrasiya rəhbəri qeyd edib ki, Rusiya ordusunun raket zərbələri nəticəsində 18 nəfər ölüb, 73 sakin yaralanıb:

“40-dan çox şəxs xəstəxanada, dördü isə ağır vəziyyətdə reanimasiyadadır. Xilasetmə əməliyyatı davam edir. Hazırda 40-dan çox insanın taleyi naməlum olaraq qalır”, - onun paylaşımında deyilir.

Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →