—

Müharibə başlayandan bəri Rusiya Ukraynanın 30 merini oğurlayıb

484
Müharibə başlayandan bəri Rusiya Ukraynanın 30 merini oğurlayıb
Dinləmək üçün basın

Kiyev meri Vitali Kliçko müharibə başlayandan bəri Rusiya işğalçı qüvvələrinin Ukrayna şəhərlərinin 30 merini oğurladığını açıqlayıb.

Kiyev meri Vitali Kliçko müharibə başlayandan bəri Rusiya işğalçı qüvvələrinin Ukrayna şəhərlərinin 30 merini oğurladığını açıqlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə siyasətçi “Spiegel”ə müsahibəsində bildirib.

“Merlər hər yerdə hədəf idi. Rusiyalılar merləri həbs etməyə və onları əməkdaşlığa məcbur etmək üçün müxtəlif üsullardan istifadə etməyə çalışıblar”, - Ukrayna paytaxtının rəhbəri izah edib.

Kliçkonun sözlərinə görə, hökumət yerli məmurlara potensial işğal halında şəhərlərini tərk edib-etməmələri barədə dəqiq cavab verməyib. O əlavə edib ki, ukraynalılar özləri belə bir qərar qəbul etməli olublar.

“Vəziyyət çətin idi: əgər siz öz icmanızla birlikdə qalsanız, siz satqınsınız... Biz bir neçə dəfə hökumətdən göstəriş verməsini xahiş etmişik: qalmaq, yoxsa evakuasiya etmək? Amma dəqiq cavab almadıq", - Kliçko yekunlaşdırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →