—

Telavidə yaşayış evi yanıb

326
Telavidə yaşayış evi yanıb
Dinləmək üçün basın

Telavinin Kvemo Xodaşen kəndində yaşayış evi yanıb.

InterPress.ge xəbər verir ki, hadisə zamanı evdə 3 nəfər olub.

Məlumata görə, yerli sakinlər bildirib ki, evdə olanlardan biri yanan evdən çıxdıqdan sonra evə dönüb və geri çıxa bilməyib.

“Evdə ana-qız və bu oğlanın qardaşı qızı var idi. Evdən çıxdılar  və çıxanlardan biri geri döndü. Bilmirəm nə edirdi. Təəssüf ki,  geri çıxmadı. Yanğınsöndürənlər gələndə uzun müddət yanğını söndürdülər və bu uşaq heç yerdə görünmədi. İndi onlar tüstünün çıxmasını gözləyirlər ki, axtarışa davam etsinlər. Onun öldüyünü düşünürük”, - yerli sakinlərdən biri bildirib.

Hazırda yanğınsöndürmə xidmətinin əməkdaşları yanan evdə axtarışlar aparır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →