—

Azərbaycan XİN: "Bu il Gürcüstanla əməkdaşlıq sabit əsasda inkişaf edib"

338
Azərbaycan XİN: "Bu il Gürcüstanla əməkdaşlıq sabit əsasda inkişaf edib"
Dinləmək üçün basın

"Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla yanaşı sabit əsasda inkişaf edib".

"Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla yanaşı sabit əsasda inkişaf edib".

InterPress.ge xəbər verir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb.

Bildirilib ki, iki dövlət arasında ali səviyyədə səfərlər baş tutub və müvafiq dövlət qurumları arasında sahəvi əməkdaşlıq davam edib.

"29 sentyabr 2022-ci ildə Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili Azərbaycana işgüzar səfər edib. 24 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana işgüzar səfər həyata keçirib. Dekabrın 15-də Tbilisidə baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib", - ilin yekunlarına dair məlumatda yer alıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →