—

Rusiya Gürcüstan qarşısında şərt qoydu

3,737
Rusiya Gürcüstan qarşısında şərt qoydu
Dinləmək üçün basın

“Gürcüstanla viza rejimin ləğvi məsələsi hazırda Moskva və Tbilisi arasındakı gündəlikdə yoxdur”.

“Gürcüstanla viza rejimin ləğvi məsələsi hazırda Moskva və Tbilisi arasındakı gündəlikdə yoxdur”.

İnterPress.ge xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko RİA "Novosti”yə müsahibəsində deyib.

O, Rusiyanın bu məsələnin müzakirəsinə hazır olduğunu bildirib: “İkitərəfli münasibətlərdə ötənilki böhranın neqativ nəticələrinin aradan qaldırılmasına nə zaman nail olunsa, biz bu məsələnin müzakirəsinə qayıtmağa hazır olacağıq”.

A.Rudenko Rusiya və Gürcüstan arasında aviauçuşların bərpası məsələsinə də münasibət bildirib.

XİN rəsmisi bildirib ki, bu barədə Tbilisidə aparılan rusofob kapmaniya dayandırılandan və rusiyalıların təhlükəsizliyi üçün baş verən təhdidlər aradan qaldırılandan sonra danışmaq mümkündür.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →