—

Qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı

859
Qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı
Dinləmək üçün basın

Kaspidə baş verən qətllə bağlı polis bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, hadisə barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, kişi qardaşının arvadını ov tüfəngi ilə başından vuraraq qətlə yetirib.

“Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1940-cı il təvəllüdlü cinayətkar G.G.qəsdən adam öldürmə maddəsi ilə saxlanılıb"- məlumatda bildirlib.

İstintaq nəticəsində  müəyyən edilib ki, təqsirləndirilən şəxs Kaspidə qardaşının həyat yoldaşı, 1949-cu il təvəllüdlü L.N.-ni qarşılıqlı mübahisə zəminində ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.

Cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Sübut kimi hadisə yerindən cinayət silahı götürülüb.

“Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi başlanılıb. Cinayətkar 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq" - deyə bildirilib.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →