—

Moskvada əlverişsiz hava şəraitinə görə 69 reys gecikib və ya ləğv edilib

338
Moskvada əlverişsiz hava şəraitinə görə 69 reys gecikib və ya ləğv edilib
Dinləmək üçün basın

Moskvada əlverişsiz hava şəraiti hava limanlarında azı 69 reysin gecikməsinə və ya ləğv edilməsinə səbəb olub.

InterPress.ge Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhər rəsmiləri hava şəraiti ilə bağlı tıxacların 10 ballıq cədvəl üzrə maksimum səviyyəyə çatacağını təxmin edirlər. Tramvay reyslərində gecikmələrin olacağı gözlənilir.

Moskvada sulu qar, yağış və buz bağlama ilə əlaqədar fövqəladə hava xəbərdarlığı qüvvədədir.

“Domodedovo” hava limanında 24 reys gecikib, 7-si ləğv olunub, “Vnukovo”da - 12 reys gecikib, 9-u ləğv olunub, "Şeremetyevo" hava limanında isə bu göstərici müvafiq olaraq, 13 və 4-ə bərabərdir.

Bununla belə, bütün hava limanlarının normal rejimdə işlədiyi bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →