—

Ukrayna Rusiyanın 15 yaşayış məntəqəsinə hücumunu dəf edib

359
Ukrayna Rusiyanın 15 yaşayış məntəqəsinə hücumunu dəf edib
Dinləmək üçün basın

Ukrayna silahlı qüvvələri son 24 saat ərzində Luqansk vilayətinin 4 və Donetsk vilayətinin 11 yaşayış məntəqəsi yaxınlığında Rusiya hərbçilərinin hücumunu dəf edib.

Ukrayna silahlı qüvvələri son 24 saat ərzində Luqansk vilayətinin 4 və Donetsk vilayətinin 11 yaşayış məntəqəsi yaxınlığında Rusiya hərbçilərinin hücumunu dəf edib.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Baş gərərgahı məlumat verib.

Məlumata görə, son 24 saat ərzində Rusiya işğalçı qüvvələri 4 raket və 7 hava hücumu həyata keçirib, atəşə qarşı reaktiv sistemlərdən istifadə etməklə 55 hücum təşkil edib.

Məlum olub ki, silahlı qüvvələrin aviasiyası son 24 saat ərzində düşmənin şəxsi heyətinə, silah və hərbi texnikasının toplandığı yerlərə 9, zenit-raket komplekslərinin mövqelərinə isə 3 dəfə zərbə endirib. 7 pilotsuz uçuş aparatı Şahed-136 məhv edilib.

Ukraynanın raket və artilleriya bölmələri işğalçı qüvvələrin 1 komanda məntəqəsini, şəxsi heyətin, silah və hərbi texnikanın toplanması üçün 1 ərazini və 2 sursat anbarını məhv edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →