—

Mixeil Saakaşvilinin vəkili Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə qarşı Xüsusi İstintaq Xidmətinə şikayət ərizəsi verdi

356
Mixeil Saakaşvilinin vəkili Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə qarşı Xüsusi İstintaq Xidmətinə şikayət ərizəsi verdi
Dinləmək üçün basın

Mixeil Saakaşvilinin vəkili Rati Breqadzenin qurumuna və Penitensiar Xidmətə qarşı Xüsusi İstintaq Xidmətinə şikayət ərizəsi verib.

Mixeil Saakaşvilinin vəkili Rati Breqadzenin qurumuna və Penitensiar Xidmətə qarşı Xüsusi İstintaq Xidmətinə şikayət ərizəsi verib.

InterPress.ge xəbər verir ki, vəkil “Viva Med” klinikasında çəkilmiş görüntülərin ictimailəşdirilməsi faktı ilə bağlı araşdırmaya başlanılmasını tələb edir.

O, həmçinin istintaq zamanı ədliyyə naziri Breqadzenin və Penitensiar Xidmətin rəisinin, eləcə də həmin xidmətin tibb idarəsi sədrinin səlahiyyətlərinin dayandırılmasını tələb edir, çünki vəkilin sözlərinə görə, onların Mixeil Saakaşvilinin zəhərlənməsinin təşkilində əli olduğuna dair şübhələr var. Şalva Xaçapuridzenin cavabını tələb etdiyi digər sual üçüncü prezidentin prosesə uzaqdan iştirakına icazə verilməməsi ilə bağlıdır. 

Xatırladaq ki, dekabrın 14-də Penitensiar Xidmət Mixeil Saakaşvilinin avqustun 9-dan dekabrın 12-nə kimi müxtəlif dövrləri əhatə edən montaj edilmiş kadrlarını yayıb. Qurum şəxsi görüntülərin ictimailəşdirilməsini “yüksək ictimai maraq” kimi izah edib. Ədliyyə naziri “İmedi”nin efirində səbəbləri də açıqlayıb və bildirib ki, məqsəd ictimaiyyəti “düzgün məlumatlandırmaq”dır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →