—

Xüsusi Penitensiar Xidmət Mixail Saakaşvilinin görüntülərini yayıb

851
Xüsusi Penitensiar Xidmət Mixail Saakaşvilinin görüntülərini yayıb
Dinləmək üçün basın

Xüsusi Penitensiar Xidmət Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin görüntülərini yayıb.

Xüsusi Penitensiar Xidmət Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin görüntülərini yayıb.

InterPress.ge xəbər verir ki, Penitensiar Xidmətin məlumatına görə, videogörüntülərdə Mixail Saakaşvilinin müxtəlif dövrlərdə vəziyyəti əks olunub.

Nazirliyin açıqlamasına görə, videoçarxda “Mixeil Saakaşvilinin simulyasiya edilmiş hərəkətləri” aydın görünür, məqsədi “ədalətin həyata keçirilməsinə mane olmaq, ictimaiyyəti və beynəlxalq tərəfdaşları çaşdırmaq”dır.

“İctimai marağın yüksək olması səbəbindən Xüsusi Penitensiar Xidmət məhbus Mixail Saakaşvilinin müxtəlif dövrlərdə vəziyyətini əks etdirən videogörüntülər dərc edir.

Sözügedən videomaterialda məqsədi ədalətin həyata keçirilməsinə mane olmaq, cəmiyyəti və beynəlxalq tərəfdaşları çaşdırmaq olan Mixail Saakaşvilinin imitasiya xarakterli hərəkətləri açıq-aydın görünür.

Videogörüntülər dövlətin Mixail Saakaşviliyə münasibətini, həmçinin Mixail Saakaşvilinin tibb işçilərinə münasibətini, xüsusən onun tərəfindən sui-istifadə və aqressiv davranış faktlarını əks etdirir”, - Penitensiar Xidmətin yaydığı məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →