—

Mövlud Çavuşoğlu Şuşa-Xankəndi yolundakı durumdan danışıb: “Azərbaycan bu məsələdə haqlıdır”

1,111
Mövlud Çavuşoğlu Şuşa-Xankəndi yolundakı durumdan danışıb: “Azərbaycan bu məsələdə haqlıdır”
Dinləmək üçün basın

“Rusiya sülhməramlılarının Laçın dəhlizində sülhü qorumaq missiyası var. Amma digər tərəfdən, Azərbaycan torpaqlarındakı təbii sərvətlərin mənimsənilməsi beynəlxalq hüquqa uyğun deyil. Bu, Azərbaycanın sərvətlərinin…

“Rusiya sülhməramlılarının Laçın dəhlizində sülhü qorumaq missiyası var. Amma digər tərəfdən, Azərbaycan torpaqlarındakı təbii sərvətlərin mənimsənilməsi beynəlxalq hüquqa uyğun deyil. Bu, Azərbaycanın sərvətlərinin oğurlanmasıdır”.

InterPress.ge “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müşahidəçi kimi Şuşa-Xankəndi yoluna gedən insanların qarşısının alınması orada qanun pozuntularının olduğunu göstərir: 

“Burada əsas vəzifə rusların öhdəsinə düşür. Çünki onlar Laçın dəhlizinin normal formada fəaliyyətinə görə məsuliyyət daşıyırlar. Öhdələrinə düşəni etməlidirlər”.

M.Çavuşoğlu söyləyib ki, Azərbaycan bu məsələdə haqlıdır: “Ona görə də biz bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →