—

Tbilisidə səfərdə olan Azərbaycan nümayəndə heyəti Gürcüstanın Baş naziri ilə görüşüb

1,035
Tbilisidə səfərdə olan Azərbaycan nümayəndə heyəti Gürcüstanın Baş naziri ilə görüşüb
Dinləmək üçün basın

Tbilisidə səfərdə olan İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşüb.

Tbilisidə səfərdə olan İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşüb.

InterPress.ge-nin xəbərinə görə, Azərbaycanın nümayəndə heyətinə İqtisadiyyat Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək vəzifəli rəsmiləri daxildir.

Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşdə Gürcüstanın dost Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğu, hər iki ölkənin iştirakı ilə reallaşdırılan layihələrin iki xalqın rifahına, bütünlükdə regionun inkişafına xidmət etdiyi, strateji tərəfdaşlığın daha da möhkəmləndirdiyi vurğulanıb.

Görüşdə həmçinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində hər iki ölkənin fəal əməkdaşlığı qeyd edilib, tərəfdaşlıq əlaqələrinin genişləndiyi diqqətə çatdırılıb.

Tərəflər Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin inkişafı istiqamətlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →