—

ISW - Kreml ehtimal ki, yeni səfərbərlik dalğasına hazırlaşır

447
ISW - Kreml ehtimal ki, yeni səfərbərlik dalğasına hazırlaşır
Dinləmək üçün basın

Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri hesab edirlər ki, Rusiya hakimiyyəti rəsmi təkziblərə baxmayaraq, ehtimal ki, ikinci səfərbərlik dalğasına hazırlaşır.

Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri hesab edirlər ki, Rusiya hakimiyyəti rəsmi təkziblərə baxmayaraq, ehtimal ki, ikinci səfərbərlik dalğasına hazırlaşır.

InterPress.ge xəbər verir ki, hesabatda qeyd olunub ki, Rusiya prezidenti administrasiyası ikinci səfərbərlik dalğası ilə bağlı şayiələri qəti şəkildə təkzib edir və görünür, Rusiya cəmiyyətində artan narazılığı sakitləşdirməyə çalışır.

Kremlin mətbuat katibi Dmitri Peskov dekabrın 6-da rusiyalıları Rusiya Müdafiə Nazirliyinin və Prezidentin kommunikasiya kanallarına etibar etməyə və ikinci səfərbərlik dalğası ilə bağlı Telegram kimi sosial media platformalarında yerləşdirilən “təxribat xarakterli mesajlara” məhəl qoymamağa çağırıb.

Bildirilib ki, Rusiya prezidenti Vladimir Putin də səfərbər olanların və onların ailələrinin səfərbərlikdən şikayət etmələrinin qarşısını almaq üçün əlavə tədbirlər görür. Hesabatda buna misal olaraq Putinin imzaladığı və hökumət binalarında, universitetlərdə, məktəblərdə, xəstəxanalarda, limanlarda, qatar vağzallarında, kilsələrdə və hava limanlarında mitinqlərin keçirilməsini qadağan edən qanun göstərilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →