—

Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər

464
Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti buraxa bilər
Dinləmək üçün basın

“Biz növbəti yerüstü müşahidə peykinin – “AzerSky 2”nin orbitə buraxılması üçün tender elan edəcəyik. Bu gün bunu dünyada ən aşağı qiymətə edən İlon Maskın (Elon Musk) rəhbərlik etdiyi ABŞ-nin "Space X" şirkətidir”.

InterPress.ge xəbər verir ki, bunu yerli mediaya açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

“Sayca 4-cü olacaq bu peyk 3 ildən sonra orbitə buraxılacaq. Əminəm ki, "Space X" yaxşı qiymət verəcək, çünki bütün dünyada ən aşağı qiyməti o verir. Amma biz indi deyə bilmərik ki, onlarla birlikdə peyki orbitə buraxmağı planlaşdırırıq. Çünki hələ tenderə başlamamışıq. Hələ onlarla kommunikasiya yoxdur və tezdir. Bizim peyk proqramlarını icrası hələ iki il sonra olacaq. “AzerSky 2"-nin təxminən 2025-ci ildə orbitə buraxılması nəzərdə tutulur”, - deyə o qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →