—

Azərbaycanın ədliyyə naziri Konstitusiya Məhkəməsində olub

370
Azərbaycanın ədliyyə naziri Konstitusiya Məhkəməsində olub
Dinləmək üçün basın

Bu gün Gürcüstana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Gürcüstanın Konstitusiya Məhkəməsində olub.

Bu gün Gürcüstana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Gürcüstanın Konstitusiya Məhkəməsində olub. 

InterPress.ge xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi məlumat yayıb.

Onların məlumatlarına görə, nümayəndə heyətinin üzvlərini Konstitusiya Məhkəməsi sədrinin müavini Manana Kobaxidze qarşılayıb. İclasda Gürcüstanın ədliyyə naziri Rati Breqadze də iştirak edib.

“Tərəflər Gürcüstan və Azərbaycan Respublikası arasında hüquqi əməkdaşlığın vacibliyinə diqqət çəkiblər. Manana Kobaxidze azərbaycanlı həmkarlarına təcrübələrini bölüşdüklərinə və Gürcüstanla Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi prosesinə verdikləri töhfəyə görə təşəkkür edib.

Azərbaycanın ədliyyə naziri Gürcüstan-Azərbaycan hüquq forumu çərçivəsində Gürcüstanda səfərdədir. Forum ilk dəfədir ki, Gürcüstan və Azərbaycanın Ədliyyə nazirliklərinin himayəsi altında keçirilir”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →