—

Rövnəq Abdullayev: "SOCAR-ın dəstəyi sayəsində Gürcüstan universitetlərində təhsil alan yerli azərbaycanlıların sayı artıb"

1,497
Rövnəq Abdullayev: "SOCAR-ın dəstəyi sayəsində Gürcüstan universitetlərində təhsil alan yerli azərbaycanlıların sayı artıb"
Dinləmək üçün basın

“Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, ən yaxın və qardaş ölkədir”.

“Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, ən yaxın və qardaş ölkədir”.

İnterPress.ge xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tbilisidə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılması üçün qarşımıza məqsəd qoyub: “Azərbaycan Gürcüstanda biznes və investisiya sahəsində layihələr həyata keçirməklə yanaşı, yerli azərbaycanlıların inteqrasiyasına da dəstək verir”.

R.Abdullayev deyib ki, əvvəlki illərdə Gürcüstanın ali məktəblərində təhsil alan yerli azərbaycanlıların sayı 17 nəfər təşkil edirdisə, hazırda bu tələbələrin sayı 3000-ə çatıb: "Bu da SOCAR-ın həmin tələbələrin təhsilinə göstərdiyi dəstəyin sayəsində mümkün olub. Təqaüd əsasında təhsil alan gənc mütəxəssislər hazırda nəinki Gürcüstan ictimaiyyətində, hətta ölkənin siyasi arenasında da fəal iştirak edirlər. Sevindirici haldır ki, Marneuli rayonunun icra başçısı Zaur Darğallı da həmin gənclərin arasında olub”.

Onun sözlərinə görə, bu gün Gürcüstanda gürcü dili və ingilis dilini bilən kifayət qədər yerli azərbaycanlı mütəxəssislər var: “SOCAR Gürcüstanda sosial layihələri həyata keçirməkdə davam edəcək”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →