—

Yanvarın 1-dən analıq məzuniyyəti üçün verilən məbləğ ikiqat artırılacaq

812
Yanvarın 1-dən analıq məzuniyyəti üçün verilən məbləğ ikiqat artırılacaq
Dinləmək üçün basın

Qaribaşvilinin sözlərinə görə, gələn ilin dövlət büdcəsi layihəsində analıq məzuniyyətinə yardımın ikiqat artırılması üçün vəsait nəzərdə tutulub. InterPress.ge xəbər verir ki, baş nazir hökumətin iclasında 2023-cü il…

Qaribaşvilinin sözlərinə görə, gələn ilin dövlət büdcəsi layihəsində analıq məzuniyyətinə yardımın ikiqat artırılması üçün vəsait nəzərdə tutulub.

InterPress.ge xəbər verir ki, baş nazir hökumətin iclasında 2023-cü il dövlət büdcəsinin əsas prioritetlərindən danışıb.

“Analıq məzuniyyəti ilə bağlı  məsələ kifayət qədər problemli idi, məndən parlamentdə məsələni həll etməyi xahiş etdilər.  Müzakirələr nəticəsində özəl sektorda çalışan işçilərə analıq dövründə yardımın iki dəfə artırılmasına qərar verildi. Yanvarın 1-dən isə  bu məbləğ 1000 lari yox, 2000 lari olacaq. Bundan əvvəl xatırlayırsınız ki, məktəb müəllimləri üçün biz bu artımı nəzərə almışıq və gələn ildən məktəb müəllimləri də analıq məzuniyyəti maaşlarını tam şəkildə alacaqlar"- deyə İrakli Qaribaşvili bildirib.

Lakin baş nazirin sözlərinə görə, 2023-cü il dövlət büdcəsinin yekun variantı noyabrın 30-da Milli Məclisə təqdim olunacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →