—

Ukraynada müharibə zamanı 15 mindən çox insan itkin düşüb

308
Ukraynada müharibə zamanı 15 mindən çox insan itkin düşüb
Dinləmək üçün basın

Rusiyanın apardığı müharibə zamanı Ukraynada 15 mindən çox insan itkin düşüb.

Rusiyanın apardığı müharibə zamanı Ukraynada 15 mindən çox insan itkin düşüb.

InterPress.ge BBC-yə istinadən xəbər verir ki, bu barədə İtkin Düşmüş Şəxslərlə bağlı Beynəlxalq Komissiyanın Avropa üzrə nümayəndəsi Metyu Hollidey bildirib.

Onun sözlərinə görə, məcburi şəkildə Rusiyaya köçürülənlərin və bu ölkədə saxlanılanların, eləcə də öldürüldükdən sonra naməlum məzarlıqlarda basdırılanların sayı hələ məlum deyil.

M.Hollidey “Reuters” agentliyinə müsahibəsində bildirib ki, ehtimallara əsasən, Ukraynada itkin düşənlərin axtarışı hətta hərbi əməliyyatlar dayandırıldıqdan sonra da uzun illər davam edəcək.

O, itkin düşənlərlə bağlı rəqəmlərin böyük olduğunu Ukraynanın üzləşdiyi problemlərin isə çoxluğunu vurğulayıb.

Metyu Hollidey bildirib ki, itkin düşənlərin və ölənlərin çoxu müharibə cinayətlərinin qurbanıdır və günahkarlar məsuliyyətə cəlb edilməlidir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →