—

Kiyev əhalisinin 70%-i elektrik enerjisi ilə təmin olunmur

311
Kiyev əhalisinin 70%-i elektrik enerjisi ilə təmin olunmur
Dinləmək üçün basın

Rusiya hərbiçiləri son 24 saat ərzində Ukrayna istiqamətində 70-ə yaxın raket və mərmi atıb.

Rusiya hərbiçiləri son 24 saat ərzində Ukrayna istiqamətində 70-ə yaxın raket və mərmi atıb.

InterPress.ge xəbər verir ki,  bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın enerji və kommunikasiya infrastrukturu Rusiya hərbi qüvvələrinin növbəti hücumunun hədəfinə çevrilib. 
 Hücum nəticəsində paytaxtın infrastrukturuna ciddi ziyan dəyib, bu səbəbdən əhalinin 70% -nin elektrik və su təchizatı enerjisi məhdudlaşıb.

"Düşmən Vətənin əhəmiyyətli  infrastrukturuna hücum edir. Xahiş  edirik,  hava hücumları bitənə qədər sığınacaqlarda qalın"- Kliçko bildirib.
Buna baxmayaraq, verilən məlumata görə, fövqəladə halların idarə olunması xidmətləri və texniki qruplar 24 saat işləyir və zədələnmiş rabitə şəbəkələrinin və kommunal xidmətlərin təchizatını bərpa etməyə səy göstərirlər. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →