—

Polis bir nəfəri saxladı

516
Polis bir nəfəri saxladı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2005-ci il təvəllüdlü E.Ç.-ni azyaşlını qəsdən öldürmə maddəsi…

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2005-ci il təvəllüdlü E.Ç.-ni azyaşlını qəsdən öldürmə maddəsi ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat verib. 

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Zuqdididə qarşılıqlı mübahisə zəminində yetkinlik yaşına çatmayan - 2007-ci il təvəllüdlü S.M.-nin bədəninə soyuq silahla çoxsaylı xəsarətlər yetirib. Azyaşlı xəstəxanaya aparılana qədər ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində E.Ç.- ni Zuqdididə saxlayıblar. 

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “e” bəndi ilə aparılır.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →