—

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

4,690
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək
Dinləmək üçün basın

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək.

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək.

InterPress.ge-nin məlumatına görə, sayca 22-ci olacaq mundialın açılış oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gələcək.

A qrupunun matçı Tbilisi vaxtı ilə saat 20:00-da başlayacaq. 60 minlik azarkeş tutumuna malik "El-Bayt" stadionundakı qarşılaşmanı italiyalı Daniele Orsato idarə edəcək. Görüşdən əvvəl açılış mərasimi gerçəkləşəcək.

Turnir ilk dəfə Yaxın Şərqdə keçiriləcək. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşəcək. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda 48 yığma mübarizə aparacaq.

İndiyədək final mərhələlərində 79 ölkə iştirak etmişdi. Qətər ilk dəfə yarışa qatılır və beləliklə, millilərin sayı 80-ə çatacaq. Əvvəlki 21 turnirdə 8 komanda çempionluq sevinci yaşayıb. Braziliya 5, İtaliya və Almaniya 4, Uruqvay, Argentina və Fransa 2, İngiltərə ilə İspaniya hərəyə 1 dəfə qalib olublar.

Sonuncu mundialda - 2018-ci ildə Fransa Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

DÇ-2022-nin qalibi 40 milyon ABŞ dolları qazanacaq. İkinci yeri tutan milliyə 30 milyon, üçüncü yerin sahibinə 27 milyon dollar veriləcək. 4-cü olan kollektiv isə 25 milyon dollar alacaq.

Dünya çempionatı

A qrupu

I tur

20:00. Qətər - Ekvador

Baş hakim: Daniele Orsato (İtaliya)

"El-Bayt" stadionu

Qeyd edək ki, mundial dekabrın 18-də başa çatacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbSon xəbərlərə bax →