—

Yens Stoltenberq: "Ukraynada davam edən müharibə fonunda Gürcüstan kimi tərəfdaşlarla işləmək vacibdir"

343
Yens Stoltenberq: "Ukraynada davam edən müharibə fonunda Gürcüstan kimi tərəfdaşlarla işləmək vacibdir"
Dinləmək üçün basın

Ukraynada davam edən müharibə fonunda Gürcüstan kimi tərəfdaşlarla işləmək vacibdir.

Ukraynada davam edən müharibə fonunda Gürcüstan kimi tərəfdaşlarla işləmək vacibdir.

InterPress.ge xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Avropa İttifaqının Müdafiə Nazirləri Şurasının iclasından əvvəl jurnalistlərlə söhbətində bildirib.

"İlk növbədə, ayın sonunda Buxarestdə xarici işlər nazirlərinin görüşü olacaq. Bu, bizə Ukraynaya güclü dəstəyimizi ifadə etməyə və Ukraynaya yardımı necə artırıb saxlamağı müzakirə etməyə imkan verəcək.

Bu, həmçinin NATO-nun qarşısının alınması və müdafiəsinin gücləndirilməsi ilə bağlı qəbul edilmiş qərarların icrasını qiymətləndirmək, eləcə də tərəfdaşlarla görüşmək imkanı olacaq. Təbii ki, Gürcüstan mühüm tərəfdaşdır. Gürcüstan kimi tərəfdaşlarla sıx əməkdaşlıq etmək daha vacibdir və bu, əlbəttə ki, Buxarestdə xarici işlər nazirlərinin görüşünün mesajlarından biri olacaq", - Stoltenberq qeyd edib.

Məlumat üçün bildirək ki, NATO xarici işlər nazirlərinin görüşü noyabrın 29-30-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →