Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, Türkiyə bazar günü İstanbulda törədilən terror aktına görə ABŞ-ın başsağlığı verməsini qəbul etmir.
InterPress.ge xəbər verir ki, rəsmi Ankara keçmişdə ABŞ-ı Suriyanın şimalındakı terror qruplaşmalarına silah verməkdə ittiham edib.
Süleyman Soylunun sözlərinə görə, Türkiyə terrora qarşı qəti və qanuni mübarizəsini davam etdirəcək.