—

Bir sıra bölgələrdən olan fəal gənclər Marneuliyə səfər ediblər- VİDEO

633
Bir sıra bölgələrdən olan fəal gənclər Marneuliyə səfər ediblər- VİDEO
Dinləmək üçün basın

4 Noyabr tarixində qeyri-hökumət təşkilatları, “Salam Platforması”, “Həmrəylik İcması” və “Demokratik Dəyişikliklər Naminə Gənclik”in təşkilatçlığı ilə Marneuli bələdiyyəsində yaşayan etnik və dini azlıqların yaşadığı…

4 Noyabr tarixində  qeyri-hökumət təşkilatları,  “Salam Platforması”, “Həmrəylik İcması” və “Demokratik Dəyişikliklər Naminə Gənclik”in təşkilatçlığı ilə Marneuli bələdiyyəsində yaşayan etnik və dini azlıqların yaşadığı kəndlərdə “Həmrəylik Turu” lahiyəsi çərçivəsində səfər baş tutub.  Səfərdə qeyri-hökumət təşkilatlarının nümayəndələri və mülkü fəallar iştirak edib.  

InterPress.ge xəbər verir ki, layihə iştirakçıları tur zamanı Marneuli bələdiyyəsində  yaşayan etnik və dini qrupların üzləşdiyi sistemli ədalətsizlik və struktur ayrı-seçkilikləri ilə tanış oldublar.

"Marneulidə həyata keçirdiyimiz "Həmrəklik turu" çərçivəsində biz Marneuliyə Gürcüstanın 8 bələdiyyədən qonaqlar gətirdik və Marneulinin azərbaycan, erməni və gürcü müsəlmanlarının yaşadığı  müxtəlif kəndlərinə səfərlər etdik. Biz, etnik və dini azlıqların yaşadığı kəndlərdə dominant qrupların yaşadığı kəndlərlə müqayisədə infrastruktura, məktəb və uşaq bağçası problemlərini olduğunu  gördük. Məsələn, səfərdə olduğumuz kəndlərdən yalnız Saimerlo kəndində uşaq bağçası var idi. Biz bilirik ki, dövlət dilinin öyrədilməsi uşaq bağçasından başlayır. Ona görə də, kəndlərdə bağça infrasturakturasının olması çox önəmlidir.“-Salam platformasının nümayəndəsi Bünyamin Qasımoğlu İnterPress.ge-yə verdiyi müsahibədə qeyd edir.

Qeyd edək ki, "Həmrəylik Turu" layihəsinin məqsədi etnik azlıqların və gürcü müsəlmanlarının səsinin ən az eşidildiyi bölgələrdə onların səsini gücləndirmək, dominant qrup ilə etnik və dini qruplar arasında körpülər qurmaq və əlaqələri inkişaf etdirməkdir.

Məlumat üçün bildirək ki, layihə Niderlandın Gürcüstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →