—

Anri Oxanaşvili: "Bu adamlar prezident kimi tanımadıqları insana əfv üçün müraciət edirlər?"

301
Anri Oxanaşvili: "Bu adamlar prezident kimi tanımadıqları insana əfv üçün müraciət edirlər?"
Dinləmək üçün basın

"Mən bilmirəm bu adamlar əfv üçün kimə müraciət edirlər - bu gün əfvdən danışanlar arasında Salome Zurabişvilini prezident kimi tanımayanlar var - Prezident kimi tanımadıqları adama müraciət edirlər? Onda gəlin onlardan…

"Mən bilmirəm bu adamlar əfv üçün kimə müraciət edirlər - bu gün əfvdən danışanlar arasında Salome Zurabişvilini prezident kimi tanımayanlar var - Prezident kimi tanımadıqları adama müraciət edirlər? Onda gəlin onlardan soruşaq ki, Gürcüstan prezidenti onlar üçün nə vaxt legitim olub və əgər əvvəllər prezidentin legitimliyini tanımırdılarsa, onların bu fikirini nə dəyişdi?"

InterPress.ge xəbər verir ki, Nika Qvaramiyanın əfv olunması ilə bağlı suala “Gürcü Arzusu”nun deputatı Anri Oxanaşvili belə cavab verib.

Oxanaşvili qeyd edib ki, hamı Gürcüstan dövləti adından verilən qərara hörmətlə yanaşmalıdır.

“Onlar məhkəmə institutuna hörmətlə yanaşmalı, məhkəmə hakimiyyətinin fəaliyyətinə birbaşa müdaxilə kimi qəbul edilə bilən qərarları qiymətləndirməkdən çəkinməlidirlər. Qiymətləndirmələrdə maksimum ehtiyatlı və ölçülü olmaq tələb olunur. Hakimin fəaliyyəti müstəqildir və biz bunu təşviq etmək üçün hər şeyi etməliyik”, - Anri Oxanaşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →