—

Tanışını qətlə yetirən şəxs Tbilisidə yaxalandı

595
Tanışını qətlə yetirən şəxs Tbilisidə yaxalandı
Dinləmək üçün basın

Polis Tbilisidə tanışına soyuq silahla bir neçə xəsarət yetirən şəxsi yaxalayıb. Zərərçəkən hadisə yerində dünyasını dəyişib.

Polis Tbilisidə tanışına soyuq silahla bir neçə xəsarət yetirən şəxsi yaxalayıb. Zərərçəkən hadisə yerində dünyasını dəyişib.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşları cinayət törətməkdə olan silahı - bıçağı sübut kimi götürüblər.

“Daxili İşlər Nazirliyinin Tbilisi şəhər Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü T.C  qəsdən adam öldürmə maddəsi ilə həbs edilib.

Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində tanışı - 1996-cı il təvəllüdlü T.K.-nın bədəninə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.C Hadisədən bir neçə dəqiqə sonra Tbilisidə yaxalanıb.

Polis cinayət silahını - bıçağı sübut kimi götürüb.

Qəsdən adam öldürmə faktı Gürcüstan Mülki Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır", - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →