—

Polis Kaxetidə bacısını öldürən şəxsi saxladı

444
Polis Kaxetidə bacısını öldürən şəxsi saxladı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Z.A. saxlanılıb.

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Z.A. saxlanılıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) bununla bağlı açıqlama verib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Siğnağidə sərxoş vəziyyətdə bacısı, 1988-ci il təvəllüdlü M.A.-ya fiziki xəsarət yetirib, nəticədə qadın yerində ölüb. Cinayətdə təqsirləndirilən Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ailə üzvünün sağlamlığına qəsdən ağır xəsarət yetirmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima-117-ci maddəsinin 4-cü hissəsi ilə aparılır.

Cinayət 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →