—

İlham Əliyev: “İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan birliyi daha yüksək pilləyə qalxıb”

625
İlham Əliyev: “İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan birliyi daha yüksək pilləyə qalxıb”
Dinləmək üçün basın

“İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin ki, siz də görürsünüz, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn…

“İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin ki, siz də görürsünüz, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyəti və zəmanəmizin tələbidir”.

InterPress.ge xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında söyləyib.

“Bu gün əziz qardaşımızın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi bir yerdəyik və bir yerdə olacağıq. Bundan sonra bölgədə gedən işlər əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı ilə və icazəsi ilə aparılacaq. Siyasi təşəbbüslər, iqtisadi, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıb”, - deyə dövlət başçısı qeyd edib.

Bu əziz gündə Azərbaycanla bərabər olduqları üçün Türkiyə Prezidentinə və nümayəndə heyətinə bir daha təşəkkürünü bildirən Prezident İlham Əliyev Türkiyə xalqına xoşbəxtlik və sülh arzulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →