—

Tbilisi meriyasının binası qarşısında gərginlik yaşanır

370
Tbilisi meriyasının binası qarşısında gərginlik yaşanır
Dinləmək üçün basın

Tbilisi meriyasının binası qarşısında gərginlik yaşanır.

InterPress.ge xəbər verir ki, Şəhər Şurasının müxalifətçi deputatları meriyanın binasına daxil olmağa çalışırlar, ancaq mühafizəçilər onlara icazə vermirlər.

“Milli Hərəkat”ın və “Lelo”nun deputatları onların meriya binasına buraxılmaması ilə bağlı açıqlama tələb edirlər. Onların sözlərinə görə, meriyanın Mühafizə Xidmətinin nümayəndələri qanunsuz tapşırıq yerinə yetirirlər.

Məlumat üçün bildirək ki, Tbilisi Şəhər Şurasının deputatları bir saatdan çoxdur ki, paytaxt hökumətinin iclasında iştirak etməyi tələb edirlər. Onlar Tbilisi meri Kaxa Kaladzeyə Vake parkında baş verən faciə ilə bağlı suallar vermək istəyirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →