—

Ərdoğandan xalqa koronavirus çağırışı

1,118
Ərdoğandan xalqa koronavirus çağırışı
Dinləmək üçün basın

İyunun 29-da Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib.

İyunun 29-da Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib.

InterPress.ge xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan iclasdan sonra mətbuat konfransı keçirib. Ölkənin sosial həyatında baş verənlər, o cümlədən iqtisadi tədbirlər, terrorçuluqla mübarizə, siyasi qərarlar və digər məsələlər barədə ümumi məlumat verən dövlət başçısı əminliklə qeyd edib ki, Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sınağından alnıaçıq çıxacaq.

“Xalqımızdan istəyimiz qaydalara əməl edərək infeksiya ilə mübarizəyə dəstək verməkdir”, - deyə o qeyd edib.

Pandemiya dövründə Türkiyənin ixracının azalmadığını, əksinə, bir sıra yerli məhsullara xaricdən tələbat yarandığını diqqətə çatdıran prezident deyib ki, infeksiya səbəbindən tətbiq olunan qısaldılmış iş rejiminin müddəti daha bir ay uzadılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →