—

Cozef Borrell: "Ukraynalı uşaqların rus hərbçiləri tərəfindən qaçırılması növbəti hərbi cinayətdir"

267
Cozef Borrell: "Ukraynalı uşaqların rus hərbçiləri tərəfindən qaçırılması növbəti hərbi cinayətdir"
Dinləmək üçün basın

"Ukraynalı uşaqların rus hərbçiləri tərəfindən qaçırılması növbəti hərbi cinayətdir".

"Ukraynalı uşaqların rus hərbçiləri tərəfindən qaçırılması növbəti hərbi cinayətdir".

InterPress.ge xəbər verir ki, bu barədə  Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrell bəyan edib.

"Rusiya qüvvələri tərəfindən Ukraynadan uşaqların sistematik şəkildə oğurlanması ilə bağlı kütləvi vəhşiliklər barədə xəbərləri üzə çıxarmaqda davam edirik. Əgər təsdiqlənsə, bu, növbəti hərbi cinayətə bərabər olacaq. Bunun cəzasız qalmamasına dair mübarizə gücləndirilməlidir. Biz bunu necə edəcəyimizi artıq müzakirə etmişik", - Avropa Komissiyasının vitse-prezidenti bildirib.

Ukrayna mətbuatının məlumatına görə, oktyabrın 13-də məlum olub ki, ayın əvvəlindən Rusiya hərbçiləri Xersondan qanunsuz olaraq 170 uşağı aparıblar.

KİV-in məlumatına görə, Rusiya Federasiyası Ukrayna ərazisindən uşaq qaçırmaqda davam edir. Bundan əlavə, onlar Mariupoldan olan 1000-dən çox uşağın rus ailələrinə verildiyini qeyd edirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →