—

Salome Zurabişvili Moldovaya işgüzar səfərinə başlayır

315
Salome Zurabişvili Moldovaya işgüzar səfərinə başlayır
Dinləmək üçün basın

Bu gün Gürcüstan prezidenti Salome Zurabişvili Kişinyov şəhərinə səfər edəcək və Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşəcək.

Bu gün Gürcüstan prezidenti Salome Zurabişvili Kişinyov şəhərinə səfər edəcək və Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşəcək.  

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin administrasiyası məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, işgüzar səfər çərçivəsində nümayəndə heyətlərinin müşayiəti ilə Moldova prezidenti ilə geniş tərkibdə danışıqlar aparılacaq, bundan sonra prezidentlər media nümayəndələri üçün mətbuat konfransı keçirəcək və jurnalistlərin suallarını cavablandıracaqlar.

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Moldova Respublikasının Baş naziri Nataliya Qavriliksa və Moldova Respublikası parlamentinin sədri İqor Qrossu ilə görüşləri planlaşdırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →