—

Tbilisidə Ermənistanın hərbi cinayətlərinə qarşı silsilə aksiyalar keçirilib

358
Tbilisidə Ermənistanın hərbi cinayətlərinə qarşı silsilə aksiyalar keçirilib
Dinləmək üçün basın

Paytaxt Tbilisidə yerləşən nüfuzlu beynəlxalq təşkilatların nümayəndəlikləri önündə Ermənistanın hərbi cinayətlərinə etiraz məqsədilə Gürcüstan azərbaycanlıları dinc aksiya keçiriblər.

Paytaxt Tbilisidə yerləşən nüfuzlu beynəlxalq təşkilatların nümayəndəlikləri önündə Ermənistanın hərbi cinayətlərinə etiraz məqsədilə Gürcüstan azərbaycanlıları  dinc aksiya keçiriblər.

 InterPress.ge xəbər verir ki, Marneulidəki "Azərbaycan Evi"nin rəhbəri Məhəbbət İmanovun təşkilatçılığı ilə baş tutan aksiyalar Gürcüstan İnsan Hüquqları üzrə Müvəkkil aparatının, BMT, Avropa Şurası və Avropa İttifaqının Tbilisidəki ofisləri qarşısında gerçəkləşdirilib.  

 Azərbaycan və Gürcüstan bayraqları ilə aksiyalara qatılan azərbaycanlılar  Ermənistanın hərbi cinayətləri qurbanlarının, o cümlədən Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlığın, 44 günlük müharibə dövründə cəbhə xəttindən on kilometrlərlə uzaqda olan Gəncə, Bərdə və digər şəhərlərin raket atəşinə tutulması nəticəsində həlak olan və yaralanan mülki şəxslərin, uşaqların fotolarını nümayiş etdiriblər.

 "Biz çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan erməni silahlı qüvvələrinin qanun qarşısında cavab verməsini tələb edirik!”, “Erməni təcavüzünü dayandırın!”, “Uşaqların öldürülməsini dayandırın!”,  “Erməni vandallığını dayandırın!”, “Gəncə üçün dua et!”, “Erməni terrorunu dayandır!”, “Erməni silahlı qüvvələri təkcə Azərbaycan hərbi qulluqçularına deyil, dinc əhaliyə də qarşı misli görünməmiş qırğınlar törədib!”, “Azərbaycan torpaqlarında erməni əsgərlərinə YOX!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Biz beynəlxalq təşkilatları Ermənistanın hərbi cinayətlərini pisləməyə çağırırıq!” və s. şüarlarının əks olunduğu plakatlar vasitəsilə aksiya iştirakçıları beynəlxalq təşkilatlardan və dünya ictimaiyyətindən Ermənistanın hərbi cinayətlərinə münasibət bildirilməsini tələb ediblər.

 Sonda aksiya iştirakçılarının və Gürcüstanda fəaliyyət göstərən 100-ə yaxın Azərbaycan icmasının adından beynəlxalq təşkilatlara ünvanlanmış  bəyanat təqdim edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →