—

Qiqa Bokeriya Calengixa merinin avtomobilinin yandırılmasına münasibət bildirdi

423
Qiqa Bokeriya Calengixa merinin avtomobilinin yandırılmasına münasibət bildirdi
Dinləmək üçün basın

"Əgər bu tez bir zamanda araşdırılmasa, bu ittiham daha da əsaslı olacaq".

"Əgər bu tez bir zamanda araşdırılmasa, bu ittiham daha da əsaslı olacaq".

InterPress.ge xəbər verir ki, “Avropalı Gürcüstan"ın sədri Qiqa Bokeriya Calengixa merinin avtomobilinin yandırılmasına reaksiya verir və insidentdə hökuməti günahlandırır.

“Bütün qeyri-qanuni üsullara rəğmən rejimin uğursuzluğa düçar olduğu rayonlardan birində yeganə bələdiyyə sədrinə hücum edilərkən və biz bu rejimdən olan siyasi opponentlərə qarşı ümumi zorakılıq ab-havasını bildikdə, o zaman məsuliyyət avtomatik olaraq rejimin üzərinə düşür. Əgər bu tez bir zamanda araşdırılmasa, o zaman ittiham daha da ciddiləşəcək. Bütün hallarda bu qeyri-qanuni rejim Gürcüstanda baş verənlərə və bunun belə asanlıqla mümkün olmasına görə məsuliyyət daşıyır”, - Qiqa Bokeriya bildirib.

Xatırladaq ki, Calengixa şəhərinin meri Qia Xarçilavanın sözlərinə görə, gecə saatlarında onun iqamətgahının yaxınlığında şəxsi avtomobil yandırılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →