—

Polis həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsi saxladı - VİDEO

521
Polis həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsi saxladı - VİDEO
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü T.Q.-ni qəsdən ailə üzvünü öldürmə ittihamı ilə…

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü T.Q.-ni qəsdən ailə üzvünü öldürmə ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq müəyyən edib ki, Telavidə təqsirləndirilən şəxs sərxoş vəziyyətdə qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı 1996-cı il təvəllüdlü M.Q.-ni boğaz nahiyəsindən ölümcül yaralayaraq hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi tezliklə saxlayıblar. 

Polis cinayət silahını - bıçağı sübut kimi götürüb.

Ailə üzvünün qəsdən öldürülməsi ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109-cu maddəsi ilə aparılır.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.


 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →