—

Putin: "Krım körpüsündə terror aktını Ukrayna xüsusi xidmət orqanları təşkil edib"

345
Putin: "Krım körpüsündə terror aktını Ukrayna xüsusi xidmət orqanları təşkil edib"
Dinləmək üçün basın

"Krım körpüsündə terror aktını Ukrayna xüsusi xidmət orqanları təşkil edib".

"Krım körpüsündə terror aktını Ukrayna xüsusi xidmət orqanları təşkil edib".

InterPress.ge TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşündə bildirib.

“İcraçılar və sifarişçilər Ukraynanın xüsusi xidmət orqanlarıdır”, - Rusiya lideri deyib.

Putin hadisəni terror aktı adlandırıb.

Qeyd edək ki, oktyabrın 8-də Rusiyanın Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partlaması, nəticədə iki avtomobilin aşırımının qismən dağılması, körpünün naviqasiya hissəsinin üzərindəki tağın zədələnməməsi barədə məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, partlayış nəticəsində 3 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin fövqəladə vəziyyətin səbəblərini müəyyən etmək və nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →