—

2023-cü ildən xroniki xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin maliyyələşdirilməsi artırılacaq

394
2023-cü ildən xroniki xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin maliyyələşdirilməsi artırılacaq
Dinləmək üçün basın

2023-cü ildən xroniki xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin maliyyələşdirilməsi iki dəfə artacaq və təxminən 50 milyon lariyə çatacaq.

2023-cü ildən xroniki xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin maliyyələşdirilməsi iki dəfə artacaq və təxminən 50 milyon lariyə çatacaq.

InterPress.ge xəbər verir ki, bu barədə “İmedi”nin efirində işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili məlumat verib.

Onun sözlərinə görə, xroniki dərmanlar üçün artırılan büdcə çərçivəsində hər bir vətəndaşa güzəştlər olacaq.

“Hazırda vətəndaşlarımızın apteklərdən pulsuz aldıqları xroniki xəstəliklərin müalicəsi üçün dərmanlar təxminən 24 milyon lari ilə maliyyələşdirilir.  2023-cü ilin yanvarından bu dərmanlar üçün istinad qiymətləri, yəni dəyərin yuxarı həddi müəyyən ediləcək.  Müvafiq olaraq, hazırda maliyyələşdirilən 24 milyonluq vəsaitlə biz daha çox dərmanı əhatə edəcəyik.

Bundan əlavə, gələn il xroniki xəstəliklər üçün dərmanların büdcəsi iki dəfə artırılaraq 50 milyon lariyə çatacaq. Bu o deməkdir ki, daha çox vətəndaş üçün daha çox dərman əlçatan olacaq ki, bu da öz növbəsində onların məmnunluğuna təsir edəcək”, -  Zurab Azaraşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →