—

Cozef Borrel: "Avropanın yeni təhlükəsizlik strukturu Rusiyanın iştirakı olmadan yaradılacaq"

370
Cozef Borrel: "Avropanın yeni təhlükəsizlik strukturu Rusiyanın iştirakı olmadan yaradılacaq"
Dinləmək üçün basın

Avropanın yeni təhlükəsizlik strukturu Rusiyanın iştirakı olmadan yaradılacaq.

Avropanın yeni təhlükəsizlik strukturu Rusiyanın iştirakı olmadan yaradılacaq. 

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel Avropa Siyasi Birliyinin Praqada keçirilən ilk iclasından əvvəl bildirib.

“Rusiya Ukraynanı işğal etdikdən sonra Avropa tariximizin yeni mərhələsinə qədəm qoydu. Bu gün 44 Avropa lideri Avropada yeni təhlükəsizlik strukturu qurmaq və bir yol tapmaq üçün bir-birini dinləyəcək. Bu, Rusiyasız həyata keçiriləcək. Ona görə yox ki, biz Rusiyanın Avropanın bir hissəsi olmasını istəmirik, ona görə ki, Rusiya Putin tərəfindən Avropa Birliyindən qovulub”, - Borel bildirib.

Borelin fikrincə, Avropa siyasi birliyini bir-birindən çox fərqli olan 44 dövlət təşkil edəcək. Onların bəziləri Avropa Birliyinin üzvüdür, bəziləri yoxdur, bəziləri hələ yoxdur, lakin gələcəkdə olacaq.

“Biz birlikdə avropalılar üçün yeni əlaqələr müəyyənləşdirməliyik. Avropa Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı böhranı həll etməlidir. Avropa yeni təhlükəsizlik nizamı qurmalı, enerji və ərzaq böhranına cavab verməlidir. Bu forum, bu Avropa siyasi birliyi həm Aİ daxilində, həm də xaricində bütün avropalılar üçün bu problemləri həll etmək üçün ən yaxşı yoldur”, - Borrell əlavə edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →