—

Rustavidəki Azot müəssisəsinin işçisi təsadüfən zəhərli maddə içib

501
Rustavidəki Azot müəssisəsinin işçisi təsadüfən zəhərli maddə içib
Dinləmək üçün basın

Rustavidə “Azot” müəssisəsinin işçilərindən biri, 50 yaşlarında kişi bilməyərək zəhərli maddə içib.

Rustavidə “Azot” müəssisəsinin işçilərindən biri, 50 yaşlarında kişi bilməyərək zəhərli maddə içib.

InterPress.ge xəbər verir ki, müəssisənin direktoru Levan Burdiladze orta yaşlı kişinin zəhərli maddənin su olduğunu zənn etdiyini söyləyib.

"Bilirəm ki, xəstəxanaya aparılıb, ona tibbi yardım göstərilib. Tibbi yardımdan sonra vəziyyətinin o qədər də ağır olmadığını öyrəndim. Mənə dedilər ki, o, dezinfeksiyaedici məhlulu su hesab edib və səhvən içib”, - Burdiladze bildirib.

Müəssisə direktorunun sözlərinə görə, faktla bağlı daxili araşdırma başlayıb. 

Tibb müəssisəsi isə bildirib ki, xəstə reanimasiya şöbəsindədir və vəziyyəti ağır kimi qiymətləndirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →