—

Pulu kartına yükləyəcəkdi, qarğa götürüb apardı - VİDEO

1,490
Pulu kartına yükləyəcəkdi, qarğa götürüb apardı - VİDEO
Dinləmək üçün basın

Türkiyədə qəribə hadisə baş verib.

Türkiyədə qəribə hadisə baş verib.

İnterPress.ge "AHaber"ə istinadən xəbər verir ki, bu gün Marmarayda qadın sərnişin "İstanbul kart"a pul mədaxil etmək üçün əsginazı ödəniş terminalına yerləşdirib. Bu zaman bir qarğa ona yaxınlaşaraq paltarının ətəyini dimdikləyib. Nəticədə qadın qorxaraq kənara çəkilib. Qarğa isə aparata yaxınlaşaraq kağız pulu götürüb. Qadın "quş pulumu apardı" deyərək onun ardınca qaçsa da, qarğa bir müddət sonra gözdən itib.

Qeyd edək ki, bu, İstanbulda ikinci belə hadisədir. Belə ki, 2016-cı ildə Terazidere metro stansiyasında Nesibe Koç kartına pul yüklədikdən sonra yerə düşürmüş, bir qarğa da onu almışdı.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →