—

Polis Tbilisidə bir nəfəri saxladı

320
Polis Tbilisidə bir nəfəri saxladı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1996-cı il təvəllüdlü Q.Ç.-ni qəsdən sağlamlığa az ağır…

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1996-cı il təvəllüdlü Q.Ç.-ni qəsdən sağlamlığa az ağır zərər vurma və qanunsuz olaraq odlu silah almaq-saxlamaq-daşıma ittihamı ilə Tbilisidə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, bu il oktyabrın 5-də təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 1996-cı il təvəllüdlü L.S.-yə tapançadan atəş açaraq xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb və ona müvafiq köməklik göstərilib. Polis əməliyyat-istintaq tədbirləri nəticəsində Q.Ç.-ni təqsirləndirilən şəxs qismində saxlayıb.

Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci və 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq davam etdirilir.

Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →