—

Marneuli-Tetricğaro-Tsalka avtomobil yolunun 16 km-lik hissəsində bərpa işləri fəal şəkildə davam edir

423
Marneuli-Tetricğaro-Tsalka avtomobil yolunun 16 km-lik hissəsində bərpa işləri fəal şəkildə davam edir
Dinləmək üçün basın

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti daxili əhəmiyyətli Marneuli-Tetricğaro-Tsalka avtomobil yolunun 16 km-lik hissəsində bərpa işlərini fəal şəkildə davam etdirir.

InterPress.ge xəbər verir ki, sözügedən hissə Tetricğaro bələdiyyəsində, əhalinin sıx məskunlaşdığı ərazidə yerləşir və bərpa yolu Cincğaro kəndindən keçərək Koda-Partsxisi avtomobil yolu ilə birləşir.

Layihədə yolun texniki parametrlərinin yaxşılaşdırılması, yol örtüyünün bərpası, suötürücülərin və mövcud süni konstruksiyaların təmiri və yenilərinin təşkili, o cümlədən birləşmələrin, sakinlərin həyətyanı sahələrinə və avtobus dayanacaqlarına girişlərin təşkili, yol nişanlarının yerləşdirilməsi nəzərdə tutulur. 

Layihənin dəyəri 8 699 999 lari təşkil edir və onun başa çatdırılması 2023-cü ilin iyununda planlaşdırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →