—

Türkiyə-Gürcüstan sərhədində miqrantı qanunsuz olaraq sərhəddən keçirməyə cəhd edən şəxslər saxlanıldı

441
Türkiyə-Gürcüstan sərhədində miqrantı qanunsuz olaraq sərhəddən keçirməyə cəhd edən şəxslər saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşlarının Acarıstan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində miqrantı qanunsuz yolla…

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşlarının Acarıstan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində miqrantı qanunsuz yolla Gürcüstan-Türkiyə dövlət sərhədində keçirməyə cəhd edən 2 Gürcüstan vətəndaşı - 1988-ci il təvəllüdlü Q.Q. və 1993-cü il təvəllüdlü K.S., həmçinin 1 Türkiyə vətəndaşı - 1977-ci il təvəllüdlü İ.F. saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bəyanat yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Türkiyə vətəndaşı H.G.-nin idarə etdiyi yük avtomobilində hazırlanmış gizlətmə yerində Suriya Ərəb Respublikası vətəndaşı M.A. adlı miqrantı qeyri-qanuni olaraq sərhəddən keçirməyə cəhd ediblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-Prima maddəsinin birinci hissəsinə əsasən aparılır.

Cinayət 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →