—

Baş nazir Bakı meri ilə görüşüb

436
Baş nazir Bakı meri ilə görüşüb
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Bakı meri Eldar Əzizovla görüşüb.

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Bakı meri Eldar Əzizovla görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Söhbət zamanı iki ölkə arasında sıx əməkdaşlığın əsas istiqamətlərinə toxunulub. Qeyd olunub ki, Gürcüstan və Azərbaycanın yaxşı dialoq, dostluq və əməkdaşlıq təcrübəsi var və bu, öz növbəsində möhkəm strateji tərəfdaşlıq gətirib.

Baş nazir qeyd edib ki, regional əməkdaşlığın dərinləşdirilməsi iki ölkənin ümumi maraqlarına uyğundur.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan etibarlı tərəfdaş kimi birgə layihələrin həyata keçirilməsinə və inkişafına bundan sonra da mühüm töhfə verəcək.

Söhbətdə regionda və dünyada təhlükəsizlik vəziyyətinə toxunulub. Münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.

Hökumət administrasiyasında keçirilən görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və hökumət aparatının rəhbəri Revaz Cavelidze iştirak ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →