—

Rusiya prezidenti bunu etiraf etdi

1,007
Rusiya prezidenti bunu etiraf etdi
Dinləmək üçün basın

Vladimir Putin etiraf edib ki, “qismən səfərbərlik” səhvlər şəraitində baş verib.

Vladimir Putin etiraf edib ki, “qismən səfərbərlik” səhvlər şəraitində baş verib. 

InterPress.ge xəbər verir ki, Putin müvafiq qurumları prosesdə buraxılan səhvləri düzəltməyə və bir daha təkrarlamamağa çağırıb.

Rusiya prezidentinin sözlərinə görə, səhvən orduya çağırılan hər bir vətəndaş geri qaytarılmalıdır.

“Məsələn, çoxuşaqlı ataları [səhv olaraq hərbi xidmətə çağırılmış] və ya xroniki xəstəlikləri olan və ya çağırış yaşında olmayanları nəzərdə tuturam”, - deyə Putin əlavə edib.

Onun sözlərinə görə, bütün belə hallar yoxlanılmalıdır. Putin həmçinin qeyd edib ki, çağırışçılar döyüşə qoşulmazdan əvvəl əlavə təlim keçməlidirlər.

Rusiyada qismən səfərbərlik sentyabrın 21-də elan edilib. Bundan sonra on minlərlə vətəndaş ölkəni tərk edib. Minlərlə insan hələ də Rusiyanı tərk etməyə çalışır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →