—

Yanvarın 1-dən avqustun 31-dək “Səs-küy haqqında qanun”un tələblərinin pozulması ilə bağlı 213 fakt aşkar edilib

477
Yanvarın 1-dən avqustun 31-dək “Səs-küy haqqında qanun”un tələblərinin pozulması ilə bağlı 213 fakt aşkar edilib
Dinləmək üçün basın

Bu il yanvarın 1-dən avqustun 31-dək “Səs-küy haqqında qanun”un tələblərinin pozulması ilə bağlı 213 fakt aşkar edilib.

Bu il yanvarın 1-dən avqustun 31-dək “Səs-küy haqqında qanun”un tələblərinin pozulması ilə bağlı 213 fakt aşkar edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən “İnterpressnews”a verilən məlumatda qeyd olunub.

Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 771-ci maddəsinə əsasən, 112 hüquqi və 32 fiziki şəxs qanunu pozub.

Məlumat üçün bildirək ki, 2021-ci ildə “Səs-küy haqqında qanun”un 26-sı fiziki, 85-i hüquqi şəxs tərəfindən olmaqla 170 pozuntu faktı aşkar edilib.

Akustik səs-küyün yol verilən normalarının ilk dəfə aşılması halında fiziki və ya hüquqi şəxsə xəbərdarlıq edilir, eyni xətanı törətdikdən sonra 1 il ərzində təkrar törədən fiziki şəxs 150 ​​lari, hüquqi şəxs isə 500 lari məbləğində cərimə edilir. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →