—

Qardabanidə böyük miqdarda narkotik vasitələri ələ keçirilib - VİDEO

1,494
Qardabanidə böyük miqdarda narkotik vasitələri ələ keçirilib - VİDEO
Dinləmək üçün basın

Qardabanidə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisinin əməkdaşları, aparılmış operativ-istintaq tədbirləri nəticəsində, 1982-ci il təvəllüdlü, xarici ölkə vətəndaşı olan E.A.-nı, xüsusi ilə böyük…

Qardabanidə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisinin əməkdaşları, aparılmış operativ-istintaq tədbirləri nəticəsində, 1982-ci il təvəllüdlü, xarici ölkə vətəndaşı olan E.A.-nı, xüsusi ilə böyük miqdarda narkotik vasitəsinin qanunsuz əldə edilməsi-saxlanılması ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.

“Hüquqmühafizəçilər ittiham olunanın üst-başını yoxlayarkən üzərindən “buprenorfin” tərkibli “suboteks” narkotik vasitəsinin 220 həbini dəlil kimi götürdülər”, – DİN-də bildirilir.

Faktla bağlı istintaq başlanılıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin “a” bəndi ilə aparılır. Maddə 8-dən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →