—

Dimitrios Kairidis: "Gürcüstanın yaxın dostlarıyıq və ölkənizin Avropaya gedən yolunu dəstəkləyirik"

470
Dimitrios Kairidis: "Gürcüstanın yaxın dostlarıyıq və ölkənizin Avropaya gedən yolunu dəstəkləyirik"
Dinləmək üçün basın

"Biz Gürcüstanın yaxın dostlarıyıq və ölkənizin Avropaya gedən yolunu dəstəkləyirik".

"Biz Gürcüstanın yaxın dostlarıyıq və ölkənizin Avropaya gedən yolunu dəstəkləyirik".

InterPress.ge xəbər verir ki, Yunanıstan parlamentinin Avropa məsələləri üzrə komitəsinin sədr müavini Dimitrios Kairidis bu barədə gürcü nümayəndə heyəti ilə görüşdən sonra jurnalistlərə bildirib.

Dimitrios Kairidisin qeyd etdiyinə görə, həmkarları ilə görüşdə daha da sıx əməkdaşlıq barədə razılığa gəliblər.

“Bu iki xalqın qədim zamanlardan tarixi əlaqələri var. Yunanların Gürcüstanda diasporu olduğu kimi, Yunanıstanda da Gürcüstanın böyük nümayəndəliyi var ki, bu da bizi daha da yaxınlaşdırır. Putinin Ukraynada başlatdığı müharibə yeni reallıq yaratdı. Gürcüstan da Avropanın bir hissəsidir və bu, yeni Avropadır. Biz bu tarixi məqamda heç bir gecikmə və tərəddüd etmədən irəliləmək üçün bu fürsəti görməliyik. Həmkarlarımla görüş zamanı çox səmərəli müzakirələr apardıq və biz daha da sıx əməkdaşlıq haqqında razılığa gəldik”, - deyə Dimitrios Kairidis bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →