—

Qiorqi Qaxariya Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini qınadı

378
Qiorqi Qaxariya Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini qınadı
Dinləmək üçün basın

Gürcüstanın keçmiş baş naziri, “Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxariya Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərinə münasibət bildirib.

Gürcüstanın keçmiş baş naziri, “Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxariya Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərinə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

Qaxariya Belarus prezidentinin Abxaziyaya səfərini pisləyib və deyib ki, bütün bunlara sərt cavab verilməlidir.

"Prezident Lukaşenkonun Rusiya tərəfindən işğal olunmuş Abxaziyaya səfərini qətiyyətlə pisləyirəm. Bu, Gürcüstanın ərazi bütövlüyünün və suverenliyinin açıq şəkildə pozulmasıdır və buna Gürcüstan hökuməti və beynəlxalq ictimaiyyət tərəfindən sərt cavab verilməlidir. Biz hamımız bu cür pozuntulara qarşı qətiyyətlə dayanmalıyıq!” – deyə Qaxariya yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →