—

Gürcüstan XİN Belarus prezidentinin işğal olunmuş Abxaziyaya səfəri ilə bağlı bəyanat yayıb

371
Gürcüstan XİN Belarus prezidentinin işğal olunmuş Abxaziyaya səfəri ilə bağlı bəyanat yayıb
Dinləmək üçün basın

Gürcüstanın Xarici İşlər Nazirliyi Belarus prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri ilə bağlı bəyanat yayıb.

Gürcüstanın Xarici İşlər Nazirliyi Belarus prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri ilə bağlı bəyanat yayıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyi bəyanatında Aleksandr Lukaşenkonun Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya bölgəsinə səfərindən və Suxumidə rus işğalçı rejiminin nümayəndələri ilə görüşündən dərin narahatlığını ifadə edir.

"Gürcüstan Xarici İşlər Nazirliyi Aleksandr Lukaşenkonun Gürcüstanın dövlət sərhədini pozaraq, beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozaraq, işğal olunmuş Abxaziya regionuna "səfər"ini pisləyir.

Biz Belarus tərəfini suveren dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət etməyə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd hərəkətlər etməməyə çağırırıq",- deyə bəyanatda qeyd edilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →